Stiv Ditko | |
---|---|
ing. Steve Ditko | |
| |
Doğum tarixi | |
Doğum yeri | Constaun, Pensilvaniya, ABŞ[1] |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | Nyu-York, Nyu-York, ABŞ |
Cinsi | kişi[d][2] |
Milliyyəti | amerikalı |
Komiks fəaliyyəti | |
Sahəsi | komiks rəssamı, ssenarist, boyakar[d], illüstrasiyaçı[d] |
Əsas işləri | Hörümçək-adam, Doktor Strenc, Sual, Kapitan Atom, Şahin və Göyərçin, Mister A |
Vikianbarda əlaqəli mediafayllar |
Stiv Ditko[3] (ing. Steve Ditko; d. 2 noyabr 1927, Constaun, ABŞ – ö. 29 iyun 2018, Nyu-York, ABŞ) — ABŞ komiks rəssamı və yazıçısı. Marvel Comics-də işləyərkən Sten Li ilə birlikdə yaratdığı Hörümçək-adam və Doktor Strenc personajları ilə məşhurdur.
Ditko Nyu-York şəhərində yerləşən Karikaturaçılar və İllüstratorlar Məktəbindən təhsil almış və müəllimi Betmen rəssamı Cerri Robinson olmuşdur. 1953-cü ildə peşəkar karyerasına başlamış, Cek Körbi və Co Simonun studiyasında işləməyə başlamışdır. Charlton Comics-də işləmiş, burada müəmma və elmi fantastika komiksləri üzərində işləmişdir. 1960-cı ildə Kapitan Atom personajını yaratmışdır.
1950-ci illərdə Marvel Comics-in xələfi Atlas Comics-ə qoşulmuş və burada böyük işlər görmüşdür. Burada Hörümçək-adam və Doktor Strenc personajlarını yaratmışdır. Lakin özünün açıqlamadığı səbəblərdən ötürü nəşriyyatı tərk etmişdir.
DC Comics və Charlton Comics-ə qayıtmış, burada Göy böcək, Şahin və Göyərçin, Sual kimi məşhur personajlar yaratmışdır. Stiv müsahibə vermək həmişə imtina edirdi, çox nadir hallarda verirdi.
29 iyun 2018-ci ildə Nyu-York şəhərində öz evində vəfat etmişdir.